15 Fevral 2016 08:04
728

Türkiyənin Şırnak vilayətində təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında atışma baş verib. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, vilayətin İdil rayonunda havanın qaralmasından sonra gərginlik başlayıb.

Rayonun Yeni və Atakənd məhəllələrində xəndəklərdə və barrikadaların arxasında gizlənmiş terrorçular zirehli texnika ilə reyd keçirən polisləri iriçaplı silahlardan intensiv atəşə tutublar.

Polisin terrorçulara cavab atəşi açması ilə tərəflər arasında atışma baş verib. Bölgədə atışmanın şiddətinin artırdığı bildirilir.

Həmçinin ötən axşam Mardin vilayətinin Nusaybin rayonunda PKK terrorçuları iki məktəbi yandırıb. Yerli mətbuat bildirir ki, terrorçular rayonun Yenişehir məhəlləsindəki “Yavuz Selim” ibtidai məktəbini və “Merkez” orta məktəbini yandırıblar. Yollarda qurulmuş barrikadalar və qazılmış xəndəklər səbəbindən yanğından mühafizə briqadaları hadisə yerinə gedə bilməyiblər.


Müəllif: