Məşhur türk haker qrupları "Skorkys" və "Turkhackteam" ABŞ-ı hədəfə alıb.
Avropa.info xəbər verir ki, türk hakerlər ABŞ-ın Milli Aviasiya və Kosmos Dairəsinin (NASA) internet saytını dağıtdıqlarını, qurumun şifrəli fayllarını açdıqlarını, gizli məlumatları ələ keçirdiklərini açıqlayıblar.
Hakerlər NASA-nın saytının ələ keçrilməsi ilə bağlı açıqlama da yayıblar.
"Bu əməliyyat ABŞ-ın terror təşkilatları PYD və YPG-yə dəstək verməsinə etiraz məqsədi ilə həyata keçirilib. Bu əməliyyat bir xəbərdarlıqdır. ABŞ terror təşkilatlarına dəstəyini dayandırmasa hücumlar böyüyərək davam edəcək", -deyə açıqlamada bildirilir.