İraqın Vasıt rayonunda hərbi helikopter qəzaya uğrayıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 2 pilot həyatını itirib, 6 hərbçi yaralanıb.
Məlumatlara görə, qəzaya səbəb texniki nasazlıq olub: "Helikopter havaya qalxdıqdan bir neçə dəqiqə sonra pilot texniki nasazlığın yarandığını bildirib və eniş üçün icazə istəyib. Daha sonra vertolyot radardan itib".
Samir