Suriyada Rusiyanın da dəstəyi ilə əməliyyatları artıran Bəşər Əsəd rejiminə aid təyyarələrdən müxaliflərin əlində olan ərazilərə bildirişlər atılıb.
Avropa.info xəbər verir ki, Əsəd təyyarələrlə müxaliflərin olduğu ərazilərə atdığı bildirişlərdə müxaliflərdən təslim olmağı istəyib.
Əsəd rejiminin hazrıladığı bildirişlər təyyarələrlə Hələb və Əzəz bölgələrinə atılıb. Bildirişlərdə müxaliflərin silahı yerə qoyması yerli əhalinin də Əsəd ordusunda döyüşmələri lazım olduğu bildirilir.
Bölgəyə atılan bildirişlərdə deyilir: "Əziz Suriya xalqı, Suriya ordusunun əməliyyatları başlayıb və davam edəcək. Ən sonuncu terrorçu öldürülənə qədər əməliyyatlar sürəcək. Terrorçuları evinizdən, kəndinizdən və şəhərinizdən qovun. Silahınızı yerə qoyun. Dövlətin kölgəsinə qayıdın. İnanın ki, əvvəlkindən daha yaxşı olacaq".