17 Fevral 2016 09:34
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Senatı ölkədə fövqəladə vəziyyət rejiminin 3 ay müddətinə – may ayının 26-na qədər uzadılması qərarını təsdiqləyib.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, səsvermədə iştirak edən deputatlardan 212-si rejimin saxlanılmasının lehinə, 31-i isə əleyhinə səs verib.

Noyabrda keçirilən səsvermədə isə 551 deputatdan altısı qərarın əleyhinə səs vermişdi, biri isə bitərəf qalmışdı.

Xatırladaq ki, 13 noyabrda Fransanın paytaxtı Paris şəhərində reallaşdırılan terror aktlarından sonra ölkə Prezidenti Fransua Olland fövqəladə vəziyyət elan etmişdi.


Müəllif:

Oxşar xəbərlər