21 Fevral 2016 22:53
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən etibarən Yunanıstan-Makedoniya sərhədini ancaq Suriya və İraqdan olan mühacirlər keçə biləcək. Əfqanıstan sakinlərinə isə qadağa tətbiq olunacaq.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, Makedoniya rəsmiləri bildiriblər ki, bu addım məcburi xarakter daşıyır. Belə ki, Serbiya öz sərhədlərini Əfqanıstan vətəndaşları üçün bağlandığı üçün əfqan mühacirlər Makedoniya üzərindən Qərbi Avropaya tranzit imkanından məhrum olublar.

Bu səbəbdən, artıq Yunanıstan-Makedoniya sərhədində 800-ə yaxın mühacirin qaldığı bildirilir.


Müəllif:

Oxşar xəbərlər