Suriya ordusunun əsgərləri dünən axşam Hama-Hələb yoluna nəzarəti ələ keçiriblər.
Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, bu barədə "Suriya əl-En" portalı xəbər yayıb.
Xəbərə görə, terrorçular Xanasir yaşayış məntəqəsi yaxınlığındakı yüksəklikdən sıxışdırılıb. Burada Atrayu və Salmiyadan keçən strateji şosse yolu yerləşir. Bu yolu "həyat yolu" adlandırırlar. Suriyanın şimal paytaxtı - Hələbin təchizatı bu yolla həyata keçirilir.
Hərbi mənbələrin məlumatına görə, burada Suriya ordusu qarşı tərəfin 14 hərbi-nəqliyyat vasitəsini sıradan çıxarıb. İtki verən terrorçular geri çəkilib.
Nihad