"Türkiyə hərbçiləri zirehli texnikanı Suriya ilə sərhəd rayonlara yerləşdirir və sərhəddə mövqelərini möhkəmləndirirlər. Bu təxribat addımıdır və Suriyada atəşkəs rejiminin pozulmasına gətirib çıxara bilər".
Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, bunu Suriyada atəşkəs üzrə Rusiya Mərkəzinin rəisi, general-leytenant Sergey Kuralenko bildirib.
"Biz həmçinin dünən Rusiya telekanallarından birinin Türkiyə ilə sərhəddə yerləşən Tell-Abyad rayonundan çəkdiyi kadrlara diqqət yetirdik. Həmin görüntülərdən Türkiyə hərbçilərinin sərhəd zolağına hərbi texnika çıxardığı və Suriyanın yaşayış məntəqələrini atəşə tutduqları görünür", - Kuralenko jurnalistlərə deyib.
"Biz bütün bunları təxribat kimi dəyərləndiririk. Bu addımlar Suriyada atəşkəsin pozulmasına səbəb ola bilər", - o əlavə edib.
Nihad