Rusiyanın Ulyanovsk vilayətində Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin 2-ci hissəsinin "b" bəndi üzrə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən azərbaycanlı axtarılır.
Teleqraf.com "Report"a istinadən xəbər verir ki, 1981-ci il təvəllüdlü Ələkbərov Rüstəm Oqtay oğlu internet vasitəsilə narkotik maddələrin qanunsuz satışında təqsirli bilinir.
Əslən Bakıdan olan Rusiya vətəndaşı Dimitrovqrad şəhəri, Zapadnaya küçəsi, 20-612b ünvanında qeydiyyatdadır.