Ukrayna Rusiyadan Vikinq qılıncını tələb edir. Ukraynanın Tallindəki səfirliyi Estoniya gömrükçülərinin müsadirə etdiyi Vikinqlər dönəminə aid qılıncı Rusiyaya verməmək iddiası ilə çıxış edib.
Səfir tarixi qılıncın Ukraynanın Volin bölgəsində tapıldığını, daha sonra Rusiyaya verildiyini deyim. Qaçaqmalçılar isə onu Rusiyadakı muzeydən oğurlayaraq Avropaya aparmaq istəyiblər.
Qədim əsər Rusiya-Estoniya sərhədində aparılan yoxlama zamanı müsadirə edilib. TIR sürücüsü olan Belorus vətəndaşı heç bir icazəsi olmadan arxeoloji tapıntıları daşıyıb. Qılıncın dəyərinin 17 min avro olduğu bildirilir.
Estoniya qılıncı Rusiyaya təhvil vermək istəyirdi
Ayxan