"Bu həftə başlaması planlaşdırılan Suriya danışıqlarından əvvəl prezident Bəşər Əsəd həbs etdirdiyi on minlǝrlǝ insanı sǝrbǝst buraxmalıdır".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı İngiltərə hökuməti Bəşər Əsədə çağırış ünvanlayıb:
"Əsədə sadiq təhlükəsizlik qüvvələri 2011-ci ildən bəri 10 minlərlə qadın, uşaq və kişini mühakiməsiz həbs edib. Onların çoxundan hələ də xəbər yoxdur. Bu şəxslər dərhal azad edilməlidir. Həbs edilənlərin sərbəst buraxılması sülh danışıqlarına müsbət təsir göstərəcək".
Qeyd edək ki, Cenevrǝdǝki Suriya danışıqlarının martın 9-dǝ yenidǝn başlayacağı gözlǝnilir.
Samir