Rusiyanın İnquşetiya və Çeçenistan muxtar respublikalarının sərhədində jurnalistlər və hüquq müdafiəçiləri döyülüb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Rusiyanın işgəncələrin qarşısının alınması üzrə komitəsinin sədri İqor Kalyapin məlumat verib.
Onun sözlərinə görə, hadisə yerli vaxtla 19:15-də baş verib: "Hadisə "Qafqaz" magistral yolunda baş verib. Naməlum şəxslər jurnalistlər və hüquq müdafiəçilərinə hücum edərək, onları döyüb və avtomobillərinə od vurub. İki jurnalistin mobil telefonu da zorla əlindən alınıb. Hücumçuların təxmini sayı 20 nəfər olub".
Kalyapin qeyd edib ki, faktla bağlı araşdırmalar aparılır.
Samir