PKK-ya qarşı Türkiyənin 8 bölgəsində başa çatan əməliyyatlar Yüksəkova, Şırnak və Nusaybində davam edəcək.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əfqan Ala bildirib.
“Artıq Yüksəkovaya xüsusi təyinatlılar tərəfindən 8 batalyon yerləşdirilib. Xeyli sayda ailə mahaldan köçməyə başlayıb. PKK terrorçularının tutulduğu Şırnak ilə Mardinin Nusaybin və Hakkarinin Yüksekova rayonlarında önümüzdəki günlərdə təhlükəsizlik gücləri tərəfindən əməliyyat həyata keçiriləcək”,- deyə nazir əlavə edib.