13 Mart 2016 20:03
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çex Respublikası Parlamentinin sədri Yan Xamaçekin rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

Trend-in məlumatına görə, qonağı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Milli Məclisin sədrinin müavini Valeh Ələsgərov və digər rəsmi şəxslər qarşılayıb.

Y.Xamaçekin Azərbaycanda bir sıra rəsmi şəxslərlə görüşlər keçirməsi nəzərdə tutulur. Görüşlərdə iki ölkə arasında əlaqələrin mövcud durumu və əməkdaşlığın gələcək inkişaf perspektivlərinin müzakirə olunacağı gözlənilir.

Səfərin martın 15-ə qədər davam edəcəyi planlaşdırılır.


Müəllif:

Oxşar xəbərlər