Rusiya prezidenti Vladimir Putin Ankaradakı terror aktını qınayıb.
Teleqraf.com-un xəbərinə görə, Putin terror aktı nətiсəsində xeyli sayda insanın ölümü ilə bağlı Türkiyə xalqına başsağlığı verib.
Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib: "Vladimir Putin Ankarada vəhşi terror aktını qıtiyyətlə pisləyir".
"Rusiya prezidenti çoxsaylı insan tələfatı ilə əlaqədar türk xalqı ilə birlikdə kədərlənir, yaxınlarını itirənlərə başsağlığı verir, yaralılara şəfa diləyir", - mətbuat xidmətinin rəhbəri bildirib.
Nihad