İngiltərənin maliyyə naziri Corc Osborn Türkiyənin Avropa Birliyinə (AB) üzvlük prosesi ilə əlaqədar danışıb.
Publika.az CNN Türk-ə istinadən xəbər verir ki, nazir yeni üzvlərin qəbulu ilə bağlı İngiltərənin veto haqqının olduğunu xatırladıb.
O, Türkiyənin AB-yə yaxın gələcəkdə üzvlüyünü düşünmədiklərini və Londonun buna veto qoyacaqlarını deyib. Nazirin sözlərinə görə, iqtisadiyyatları Avropanın rifah səviyyəsinə yaxınlaşmadığı müddətdə yeni üzvlərin qəbuluna qarşı çıxacaqlar.
Corc Osborn İngiltərənin bəzi seqmentlərindəTürkiyənin AB-ə tam üzvlüyü ilə əlaqədar narahatlıq yarandığını dilə gətirib.