16 Mart 2016 14:01
2 435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Barak Obamaya Suriya ilə bağlı vəd verib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı "Hindustan Times" qəzeti məlumat yayıb: "Putin söz verib ki, Obamanın Suriya məsələsinin həlli ilə bağlı 5 ilə etmədiyini o 5 aya edəcək".

Nəşrin məlumatına görə, Moskva Suriya danışıqlarında tərəflərin razılaşması və atəşkəsə əməl olunması üçün mühüm addımlar atır: "Obama 5 il müddətində heç bir nailiyyət əldə etmədi. 2011-ci ildən Vaşinqton quru əməliyyatları ilə bağlı qərar verə bilməyib. Bunun nəticəsində Moskva təşəbbüsü tam ələ alıb".

Qeyd edək ki, Putinin qərarına əsasən, martın 15-dən Rusiya Hərbi Hava Qüvvələri Suriya ərazisini tərk etməyə başlayıb.

Samir


Müəllif:

Oxşar xəbərlər