22 Mart 2016 20:14
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trump Amerikada İsrail tərəfdarı olan ən mühüm yəhudi lobbisinin nümayəndələri qarşısında çıxış edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, çıxışı zamanı Qərblə İran arasında əldə edilmiş nüvə razılaşmasından danışıb.

İranın dünyada beynəlxalq terrorçuluğun ən böyük himayədarı olduğunu bildirən Trump deyib ki, o, Ağ Evin yeni sakini olacağı təqdirdə Tehrana qarşı ciddi və daha sərt siyasət yeridəcək:

“Prezident seçilsəm, mənim görəcəyim əsas işlərdən biri Qərblə İran arasında əldə edilmiş nüvə razılaşmasını ləğv etməkdir. Bu mənim əsas prioritetim olacaq. Mən bir razılaşmanın necə hazırlanmasını yaxşı bilirəm. Əldə edilmiş bu razılaşma faciəlidir”.

Samir


Müəllif:

Oxşar xəbərlər