2040-cı ildə Türkiyəyə qarşı müharibə elan olunacaq.
Teleqraf.com xəbər verir ki, bu açıqlama ilə professor Yusuf Demir çıxış edib.
Onun sözlərinə görə, içməli su qıtlığının günü-gündən artdığı dönəmdə müharibə riskləri getdikcə böyüyür.
22 Mart Dünya Su Günü münasibətilə çıxış edən professor iddia edir ki, 2050-ci ildə 54 ölkə su qıtlığından ciddi əziyyət çəkəcək: "Həmin ölkələrdən biri Türkiyədir. Ölkəmizin əsas su mənbələri Dəclə və Fərat çaylarıdır ki, getdikcə onlara qovuşmaq çətinləşir. Biz bu çaylar hesabına quraqlığı aradan qaldırmaq istədikdə bizimlə savaşmaq istəyənlər olacaq. Türkiyə buna hazır olmalıdır".
Ayxan