24 Mart 2016 10:15
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Brüsselin “Zaventem” hava limanında terror törədən kamikadze qardaşlarından biri – İbrahim əl-Bakrauinin ötən ilin yayında İŞİD-ə qoşulmaq üçün Türkiyənin Qazientep şəhərindən Suriyaya keçmək istədiyi haqda məlumat yayılıb. Türkiyə xüsusi xidmətləri onu həmin vaxt ölkədən deportasiya ediblər.

Teleqraf.com xəbər verir ki, Türkiyə mediası ictimaiyyətə Bakrouinin keçid fotolarını təqdim edib.

Bildirildiyinə görə, əl-Bakraoui 2015-ci ilin iyun ayında Qazientepə gəlib. Qazientep kəşfiyyat və terrorla mübarizə şöbəsi sərhədi keçmək istəyən bəzi insanlarla əlaqə qurmağa çalışan əl-Bakraouini izləməyə başlayıb. O, iyunun 11-də saxlanıb.

Qazientep Əmniyyət Müdirliyində 2 gün saxlanan əl-Bakroui sonradan deportasiya olunub.

Teleqraf.com əl-Bakrouinin əmniyyətdə çəkilmiş şəklini təqdim edir.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün əl-Bakrouinin Belçikaya deportasiya edildiyini söyləsə də, Belçikanın ədliyyə naziri Koen Qens terrorçunun 2015-ci ildə Türkiyədən Belçikaya yox, Niderlanda deportasiya olunduğunu bildirib.

Teleqraf.com


Müəllif:

Oxşar xəbərlər