Brüsseldə 34 nəfərin ölümü, 250 nəfərin yaralanamsına səbəb olan terror hadisələrindən sonra daxili işlər naziri Jan Jambon istefa ərizəsi yazıb.
Teleqraf.com-un məlumatına görə, Türkiyə mediası istefanı Rəcəb Tayyib Ərdoğanın İbrahim əl-Bukroinin ötən ilin yayında Belçikaya deportasiya olunması, Belçika hökumətinin gələcək terrorçunu azadlığa buraxması ilə əlaqələndirir.
NTV kanalı bu ehtimalı Belçika qəzeti “Le Soiri”yə əsaslanaraq səsləndirib.
Ancaq istefanı baş nazir Çales Mişelin (Chales Michel) qəbul etmədiyi vurğulanır. Belçikanın ədliyyə naziri Koen Qensin də istefa qərarı verdiyi bildirilir.
Ərdoğanın sözügedən bəyanatı Hollandiyada da müzakirələrə səbəb olub. Hollandiyanın sağçı müxalifət partiyaları Türkiyə prezidentinin iddiaları ilə bağlı hökumətdən hesabat tələb ediblər.
Qatı Türkiyə və islam əleyhdarı olan Azadlıq Partiyasının sədri Qirt Vilders bəyan edib ki, Ərdoğanın sözü doğrudusa, baş nazir Rutte istefa verməlidir.