26 Mart 2016 12:47
3 822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiya ilə Türkiyə arasında yaşanan gərginlik və hazırki münasibətlər barədə danışıb.


Teleqraf.com xəbər verir ki, o, “Azadlıq radiosu”na açıqlamasında deyib ki, Rusiya ilə Türkiyə arasında yaşanan böhran müvəqqətidir.


M.Zaxarova Rusiyanın 2015-ci ilin sentyabrın 30-da Suriyaya müdaxilə etsə də, İŞİD-i bu günə qədər məğlub edə bilmədiyi, əksinə Türkiyə ilə münasibətlərini korladığı ilə bağlı şərhləri bölüşmədiyini söyləyib:
“Əlbəttə, bu fikirlərlə razı deyiləm. Suriyada illərdir davam edən qarşıdurmalardan sonra atəşkəs elan edildi.

Gördüyümüz kimi bir aydan çoxdur silahlar susub. Rusiyanın ani müdaxiləsi olmasaydı, bu nöqtəyə gəlmək mümkün olmazdı. Bizim Suriyanın daxili savaşına qatıldığımız barədə deyilənlərlə razı deyilik. Biz terroristlərə qarşı mübarizəyə başlamışdıq. Əməliyyatların müvəqqəti olacağını lap başdan bəyan etmişdik.
Bizə kəm gözlə baxan nazirlərin Suriyanın Rusiya üçün yeni bir Əfqanıstan olacağı iddiaları da özünü doğrultmadı. Bütün bu hərəkatın yalnız Türkiyə ilə əlaqələri pozduğunu söyləmək doğru deyil. Türkiyə ilə Rusiya arasındakı böhran müvəqqətidir”.


M.Zaxarova ABŞ dövlət katibi Con Kerrinin Moskavaya səfəri zamanı Rusiya ilə Türkiyə arasındakı əlaqələrin müzakirə olunmadığını da dilə gətirib: “Lakin təbii olaraq Suriya böhranı müzakirə edildiyi üçün Türkiyənin bölgədəki rolu ətrafında da fikir mübadiləsi aparılıb. Bildiyiniz kimi Türkiyə Suriyadakı kürdlərin Cenevrədə dəyirmi masada oturmasına qarşı çıxan yeganə ölkədir. Kerri ilə Putin bu məsələni müzakirə edib”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər