27 Mart 2016 11:11
1 134
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Milli Kəşfiyyat Təşkilatı DHKP-C terror təşkilatının ölkədəki ABŞ səfirliyi və konsulluğuna qarşı terror aktı planlaşdırdığını üzə çıxarıb.

Teleqraf.com “Milliyet” qəzetinə istinadən xəbər verir ki, terror qruplaşması 30 mart – 17 aprel tarixləri aralığında ABŞ səfirliyi və konsulluğuna hücum təşkil etməyi planlaşdırırmış.

Aşkar edilmiş faktlara görə, terrorçular eyni zamanda Ədalət və İnkişaf Partiyasının təşkilatlarına, bəzi hakim və prokurorlara qarşı da terror planı hazırlayıblar.

Bəkir


Müəllif:

Oxşar xəbərlər