Qüds rəhbərliyi ABŞ və İsrailin iki enerji firması arasında imzalanan qaz razılaşmasını ləğv edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı İsrailin Ali Məhkəməsi qərar çıxarıb.
Qərarda İsrailin Aralıq dənizində yerləşən qaz yatağının istismarını nəzərdə tutan razılaşmanın ləğvinə səbəb kimi "inzibati hüquq qaydalarına zidd olaraq, inhisarçılığın olması" göstərilib.
Ekspertlər bu qərarı İsrailin Baş naziri Benyamin Netanyahu üçün "məğlubiyyət" olaraq qiymətləndirib. Onların fikrincə, qərar Aralıq dənizindəki qaz ehtiyatları ilə əlaqədar işlərə ciddi şəkildə təsir edəcək və ölkə iqtisadiyyatına ağır zərbə vuracaq.
Samir