1 Aprel 2016 15:11
1 722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin düşməni kimi tanınan Mehrac Uralın öldüyü məlum olub. Teleqraf.com Anadolu Agentliyinə istinadən bildirilir ki, acilçilərin lideri Mehrac Uralın Suriyada öldürülməsi haqda xəbər öz təsdiqini tapıb.

Məlumata görə, təhlükəsizlik qaynaqları Suriyada gedən döyüşlərdə Əsəd rejiminə xidmət edən polis dəstələrinin komandirlərindən biri olan və Hatayın Reyhanə mahalında 2013-cü ildə təşkil edilən bombalı hücumun şübhəlisi Mehrac Uralın müxalifət qüvvələrinin hücumu zamanı öldürüldüyünü bildirib.


Qeyd edilir ki, hadisə martın 29-da baş verib. Belə ki, Suriya-Türkiyə sərhəddində yerləşən Lazkiyə vilayətində Əsəd güclərinin qərargahı kimi istifadə edilən bu nöqtəni müşahidə edən müxalifət qüvvələri əraziyə yeni əsgər və polis dəstələri gətirməsinin ardından durumu qiymətləndirib. Qərargaha girib-çıxanlar arasında Uralın və bəzi rejim başçılarının olduğunu təsbit etdikdən sonra isə müxalif güclər qərargahı 120 və 90 millimetrlik toplarla aramsız atəşə tutub. Hadisədən sonra əraziyə təcili tibbi yardım avtomobillərinin gəldiyi, çoxlu sayda ölü və yaralıların olduğu məlum olub.

Bunun ardınca Mehrac Uralın dəfn edildiyi haqda məlumat ortaya çıxıb. Məlumata görə, hücum zamanı öldürülən Ural həyat yoldaşının vətəni sayılan Lazkiyənin Kardaha mahalında dəfn olunub.

Qeyd edək ki, Mehrac Ural Suriyanın Türkiyə ilə sərhəddində olan Lazkiyə vilayətində Hatayın Yayladağ mahalının qarşısında qalan və türkmənlərin sıx yaşadığı Bayırbucaq bölgəsindəki fəaliyyəti ilə diqqəti çəkmişdi. Həm Urala bağlı polis dəstələri, həm də Bəşər Əsədə bağlı güclər Türkməndağında olan müxalifətçilərə qarşı hücumlar təşkil edirdi. Ural 2015-ci ilin 30 sentyabrında Rusiya tərəfinin Suriyanın daxili savaşına qatılmasının ardından Türkməndağını ələ keçirmişdi.

Qeyd edək ki, Mehrac Ural 2013-cü ildə Hatayın Reyhanlı mahalında 52 insanın öldürüldüyü hücumun təşkilatçısı və aktiv iştirakçısı kimi bilinirdi. O, Suriya Müqavimət Təşkilatının kapitanı kimi də tanınırdı.

Cavad


Müəllif:

Oxşar xəbərlər