3 Aprel 2016 08:34
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 2-dı Türkiyənin Mardin vilayətinin Nusaybin rayonunda PKK terror təşkilatına qarşı həyata keçirilən əməliyyat zamanı bir polis əməkdaşı və 5 əsgər şəhid olub.

Teleqraf.com Anadolu Agentliyinə istinadla xəbər verir ki, Nusaybin rayonunda fövqəladə vəziyyətin elan olunmasından sonra terrorçuların tutulması, minaların zərərsizləşdirilməsi, barrikadaların aradan qaldırılması üçün Türkiyə Silahlı Qüvvələri hərbi qulluqçularının və polis əməkdaşlarının martın 14-dən həyata keçirdikləri əməliyyat davam etdirilir.

Fırat məhəlləsində aparılan əməliyyatlarda bir polis əməkdaşı və 5 əsgər həlak olub.

Hazırda Nusaybin rayonunda əməliyyatlar davam etdirilir.


Müəllif: