Türkiyədə Mardin bələdiyyəsinin sədri, kürdlərin liderlərindən Əhməd Türkün nəvəsi Heja Türk də daxil olmaqla 14 adam haqqında iddia hazırlanıb.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, Heja Türk “terror təşkilatına üzv olmaq”, “sosial şəbəkə üzərindən təşkilatı təbliğ etmək” və “prezident Ərdoğanı təhqir etməkdə” ittiham edilir.
Ona 7 ildən 19 ilə qədər həbs cəzası istənilib.
İddianamədə digər 13 şübhəlinin isə 5 ildən 10 ilə qədər cəzalandırılması tələb edilir.
İddiada prezident Ərdoğanın adı zərər çəkmiş qismində keçir.
Cavad