Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Rusiyaya səfər edəcək.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, aprelin 8-ə planlaşdırılan səfər çərçivəsində Nalbandyan rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.
Görüş zamanı Nalbandyan Lavrovla Dağlıq Qarabağda qoşunların təmas xəttindəki vəziyyəti müzakirə edəcək və bu məsələdə Rusiyanın Ermənistana dəstək verməsini istəyəcək.
Samir