Finlandiya cənubunda paraşüt idmançılarını daşıyan təyyarə yerə çırpılıb.
Teleqraf.com xəbər verir ki, Satakunda bölgəsində baş verən hadisə nəticəsindətəyyarədə olan 11 nəfərdən 8-i həyatını itirib. Qalan 3 paraşütçü isə vaxtında kabinanı tərk etməyi bacarıb. Yüngül xəsarətlə canlarını qurtaran idmançılar həkim nəzarətindədir.
Hazırda polis qəzanın hansı səbəbdən baş verdiyini araşdırır.