Moskvanın Kursk vağzalında həyəcanlı anlar yaşanıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, naməlum şəxs polisə zəng edərək, vağzala bomba yerləşdirilməsi xəbərini verib.
Təhlükəsizlik işçiləri dərhal vağzalda insanları evakuasiya edib və axtarışlara başlayıb.Vağzalın mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, axtarışlar zamanı bomba aşkar olunmayıb. Hazırda zəng edən şəxsin yaxalanması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Samir