Ukraynada yeni hökuməti formalaşdıran Ali Radanın binasına bomba qoyulması xəbəri yayılıb. Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna rəsmiləri yalan xəbərin Rusiya tərəfindən təşkil olunduğunu bəyan edib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, xəbər yayılandan sonra polis parlamentin biasında axtarış aparıb və heç bir partlayıcı qurğu tapmayıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Ukrayna Ali Radasına bomba qoyulmasına dair polisə telefonla yalan məlumat verilib.
Ayxan