14 Aprel 2016 11:27
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda türklərdən ibarət bir qrup vəkil Ankara, İstanbul, Brüssel, Bağdad, Lahor və sair şəhərlərdə baş verən terror aktları ilə bağlı bəyanat yayıb.

Teleqraf.com-a daxil olan bəyanatda deyilir: “Terror bəlası tarix boyu çox sayda günahsız insanın həyatına son qoyub və bir çox hüquq və təməl azadlıqları aradan qaldırmaq üçün bir hücum vasitəsi olub. Bundan başqa terror müxtəlif ölkələrin təhlükəsizliyi və onların ərazi bütövlüyü üçün bir təhdid olub. Hal-hazırda Yaxın Şərq ölkələri və hətta Avropa ölkələrində bir çox insan terror bəlasının qurbanı olub və olmaqdadır. Terror artıq bir təhlükə kimi milli müstəvidən beynəlxalq müstəviyə keçib və dünya üzrə barış və təhlükəsizliyi təhdid edir”.

Qeyd olunur ki, son vaxtlar PKK terror qruplaşmasına bağlı Kürdüstan özgürlük şahinləri, İŞİD və Taliban kimi terror qruplaşmaları Ankara, İstanbul, Brüssel, Bağdad və Lahorda terror aktları törədərək çox sayda günahsız insanın ölümünə səbəb olublar: “Biz – İranda yaşayan bir qrup türk vəkil, terror qruplaşmalarının bu cinayətkar əməllərini qınayaraq bəyan edirik ki, müxtəlif xalqlar, xüsusilə də Yaxın Şərq xalqları ilə yanaşı digər dövlətlər və beynəlxalq təşkilatlar da terrorizmə qarşı mübarizə aparıb bunun kökünü qurutmağa çalışmalıdılar. Əks halda terror bəlası dünya ölkələrinə daha ağır zərbələr vuracaq. Ona görə də biz vəkillər terrorçuların qarşısında səssiz qalmağı, onlara haqq qazandırmağı və bu zəmində ikili standart yanaşmasını həm insani və həm də hüquqi baxımdan qəbul etmirik, bölgə və dünya dövlətlərini terrorizmə qarşı birgə mübarizə aparmağa çağırırıq”.

Bəyanatı İranda yaşayan türk vəkillər – Mehdi Cəfərzadə, Cəfər Əfşarniya, Raziyə Sərdari, Cavanşir Tağızadə, Saleh Heydəri, Əhməd Sarimi, Nasir Şıxzadə, Əli Əfrasiyabi, Əmirəli Bəxşi, Həmid Valayi, Rəsul Məhərrəmi, Fatimə Səttari, Məhəmməd Xacəvi, Uumudəli Əmani, Məhəmməd Əli Əzizi, Səid Nurpur, Məsumə Qasimi, Dilcəvan Baqiri, Rza Azəri Sufyani, Əkrəm Əkbərzadə, İhsan Ərjənk, Səccad İslami, Mehdi Aslani, Solmaz Mehriban, Bəhram Sultani, Əhəd Niknam, Səməd Aləmi, Hamid Nüsrəti, Mənuçehr Süleymani, Nazila Nəcəfi, Səid Hüseynpur, Behzad Nəbati, Qasım Bodi, Fatimə Cəmalpur, Həsən Cəfərpur, Cahangir Əsədi, Sanaz Sadiqi, Bijən Nəsrullahi, Mehdi Cəlili, Əlirza İsmayılpur, Seyyid Səid Səidi, Məhəmməd Sadiqi, Abbas İntizari və Bəhmən Məhəmmədi, ümumilikdə 44 nəfər imzalayıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər