17 Aprel 2016 13:51
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sakit okeanın mərkəzi hissəsində, Tonqa adaları yaxınlığında 5,8 maqnitudalı zəlzələ baş verib.

APA-nın məlumatına görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 20:30 (Bakı vaxtı ilə 11:30) baş verib. Zəlzələ ocağı Eua adasının cənub-qərbindəki Oxonua şəhərindən 225 km cənubda, 10 km dərinlikdə yerləşir. Dağıntı və tələfat barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.


Müəllif:

Oxşar xəbərlər