Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Baraka Obama arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Danışıq Obamanın təşəbbüsü ilə olub. Tərəflər Suriyadakı prosesləri müzakirə ediblər. Bildirilib ki, fevralın 22-də Rusiya və ABŞ-ın Suriyada atəşkəs rejiminə dair imzaladıqları saziş layihəsi üzrə işlər davam etdirilməlidir.