20 Aprel 2016 10:53
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq ölümə məhkum edilmiş daha 4 nəfər edam edilib.

Teleqraf.com GünAZ TV-yə istinadən xəbər verir ki, ölüm hökmünün icrasına qədər bir neçə il həbsdə saxlanılan müttəhimlər Əlirza Sariban, Mənuçehr Razani, Əhməd Nəmi və Əbdülhəmid Muradi, aprelin 19-u sübh saatlarında İranın Qərbi Azərbaycan əyalətinin mərkəzi sayılan Urmiya zindanında dar ağacından asılıblar. Edam edilən şəxslər, 900 qramdan 7 kiloqrama qədər heroin qaçaqmalçılığında təqsirləndirilmişdilər.

Hər dörd müttəhim, ölüm hökmünün icrasına hazırlıq üçün aprelin 18-də Urmiya həbsxanasının ümumi korpusundan çıxarılaraq ayrı-ayrılıqda təkadamlıq kameralara köçürülmüşdülər.

Beynəlxalq təşkilatların bütün etirazlarına baxmayaraq, son illər İranda edamların sayı kəskin artıb. İran İslam Respublikası öz vətəndaşlarına çıxardığı ölüm hökmlərinin sayına görə dünyada ikinci yeri tutur. Birinci yer isə Çinə məxsusdur.

Bəkir


Müəllif:

Oxşar xəbərlər