Suriyada vurulan Rusiya qırıcısından sonra yaşanan türk-rus böhranının həlli istiqamətində çox vacib addım atılıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Rusiya tərəvəz məhsulları ilə bağlı problemi həll etmək üçün Türkiyə nümayəndələrini Moskvaya dəvət edib. Məlumatlara görə, dəvətdən dərhal sonra Türkiyə Rusiyaya göndəriləcək mütəxəssislərdən ibarət heyətin hazırlığına başlayıb.
Dəvət Rusiyanın Federal Baytarlıq və Fitosanitariya Nəzarət Xidmətinin birinci müavini Aleksey Alekseyenko tərəfindən yazılı formada göndərilib. Türk heyətinə Türkiyənin Ərzaq Nəzarəti idarəsinin baş direktoru rəhbərlik edəcək.
Qeyd edək ki, Rusiyaya məxsus Su-24 qırıcısı noyabrın 24-də Türkiyə F-16-ları tərəfindən vurulub.
Samir