Türkiyə və Gürcüstan sərhədini ayıran Çaksu çayı 40 il sonra yatağını dəyişib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla da 15 hektar ərazi Türkiyə torpaqlarına birləşib. Məlumatlara görə, 40 il bundan əvvəl Çaksu çayı yatağını dəyişdirdiyi üçün həmin torpaqlar Gürcüstan ərazisi hesab olunub.
Gürcüstan və Türkiyə tərəfi Türgözü sərhəd keçid məntəqəsində məsələni müzakirə edib və protokola imza atıblar.
Samir