Belçika ötən ilin noyabrında Paris hücumlarında əsas şübhəlilərdən biri Salah Abdeslamı aprelin 27-də Fransaya verib.
Teleqraf.com-un CNN-ə istinadən verdiyi məlumata görə, hər iki tərəf məlumatı təsdiqləyib.
Həmin hücumlardan sonra axtarışda olan 26 yaşlı Abdeslam bu il martın 18-də Brüsseldə yaxalanıb. Müstəntiqlərin sözlərinə görə Abdeslam noyabrın 13-də Paris hücumlarının təşkilində iştirakını etiraf edib və bildirib ki, özünü həmin vaxt futbol stadionunda partlatmalı imiş.
Amma son dəqiqədə bundan imtina edib. Xatırladaq ki, Paris hücumlarında 130 nəfər ölüb.