PKK terror təşkilatının liderlərindən olan Əkrəm Güney təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib.
Axar.az xəbər verir ki, Güneyin harada və hansı şəraitdə öldürüldüyü məlum deyil.
Qeyd edək ki, sözügedən terrorçu 4 milyon türk lirəsi (təxminən 2 milyon manat) müqabilində axtarışda olanların siyahısında idi.