21 Aprel 2014 19:04
1 404
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya KİV-ləri Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin növbəti bəyanatını yayıb.

Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, o, Ukrayna Silahlı Qüvvələrinin bütün heyətini daimi dislokasiya yerinə qaytarmağı tələb edib.

Yanukoviç həmçinin Milli Qvardiya dəstələrinin Ukraynanın şərq vilayətlərindən çıxarılması və yerli əhali ilə dialoqa başlanılması tələbi ilə çıxış edib.

Öz bəyanatında Yanukoviç Ukraynanın federallaşması və vilayətlrin səlahiyyətləri ilə bağlı referendum keçirilməsini də təklif edib. O, bunun ardınca Ukraynanın prezident və ya parlament quruluşlu dövlət olması ilə bağlı referendum keçirilməsini vacib sayır. Eks-prezidentin fikrincə, bu referendumların nəticəsi əsasında Konstitusiya islahatları aparılmalıdır.

Yanukoviçin sözlərinə görə, yalnız bu addımlar atıldıqdan sonra beynəlxalq nəzarət sistemi təmin olunmaqla parlament və ya prezident seçkiləri keçirilə bilər.

Nihad


Müəllif:

Oxşar xəbərlər