8 May 2016 17:31
474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı neft sahəsində hazırkı siyasətini davam etdirmək niyyətindədir.


APA-nın “Sky News Arabia” telekanalına istinadən verdiyi məlumata görə, bunu Səudiyyə Ərəbistanının yeni energetika, sənaye və mineral resurslar naziri Haled Əl-Faleh bəyan edib.


H. Əl-Faleh Səudiyyə Ərəbistanının müştərilərinin neftə ehtiyaclarını qarşılamaq sahəsində liderliyini qoruyacağını vurğulayıb.


Qeyd edək ki, kral Salman Səudiyyə Ərəbistanı hökumətinin tərkibində böyük dəyişiklik edib və səhiyyə naziri olan H. Əl-Faleh energetika, sənaye və mineral resurslar naziri təyin edilib. Ancaq Əl-Faleh əvvəllər Səudiyyə Ərəbistanının “Aramco” neft şirkətinin rəhbəri də olub.


Müəllif:

Oxşar xəbərlər