Türkiyə şərtlərə uyğun olaraq Avropadakı miqrantları qəbul etməkdə davam edir.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Avropa Birliyi ilə vizasız rejim tətbiq etmək üçün Türkiyə bugünədək 14 suriyalı da daxil olmaqla 386 miqrant qəbul edib. 125 Suriya qaçqını isə razılaşma çərçivəsində Avropaya göndərilib.
Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgic mətbuat konfransında deyib ki, Türkiyə Avropa Birliyindəki qanunsuz miqrantların qəbulu ilə bağlı öhdəliyini yerinə yetirir.
Avropa Birliyi ilə Türkiyə arasındakı miqrant razılaşmasında bütün qanunsuz miqrantların Türkiyəyə qaytarılması, əvəzində ona maliyyə yardımının artırılması, Türkiyə ilə viza rejiminin qaldırılması və onunla üzvlük danışıqlarının tezləşdirilməsi nəzərdə tutulur.