11 May 2016 14:25
447
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın paytaxtı Bağdadda dəhşətli partlayış baş verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, şəhərin Sadr bölgəsində baş verən hadisə zamanı 30 dinc sakin həyatını itirib, 70 nəfər yaralanıb.

Məlumatlara görə, insident bomba yüklü avtomobilin bazar meydanı yaxınlığında partlaması nəticəsində baş verib. Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Bu arada, İraq ordusu Ənbar vilayətində İŞİD terror təşkilatının nəzarətində olan Cəzirə əl Bağdadi bölgəsinin azad edilməsi üçün əməliyyata başlayıb. Əməliyyatlara ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin havadan dəstək verəcəyi bildirilib.

Samir


Müəllif:

Oxşar xəbərlər