Rusiya baş naziri Dmitri Medvedev Krıma səfər edib.
Teleqraf.com xəbər verir ki, yerli sakinlərlə görüşən Medvedev onların problemlərini dinləyib.
Sakinlərdən biri pensiyanın azlığından şikayət edib. Medvedev bunu dərhal cavablandırıb: "İndi pulumuz yoxdur. Pul tapsaq, artırılacaq. Bunu ayrı-ayrı regionlarda etmək olmur. Gərək bütün ölkədə pensiyaları artırasan. Buna Rusiyanın hazırki büdcəsi imkan vermir".
Elvin