24 May 2016 23:35
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyada iki həftə öncə müvəqqəti hökumətin Planlama naziri təyin edilən Romero Juka istefaya göndərilib.

Teleqraf.com xəbər verir ki, istefaya səbəb bir neçə gün öncə istefaya gedən Braziliya prezidenti Dilma Rousseffin korrupsiya işində onun adının hallanmasıdır.

Adı "Avtomobil yuma" işində keçən Juka ittihamları rədd edib və istintaqın sonunu gözlədiyini deyib. Romero Jukanın telefon danışıqları təsdiqlənsə, onu həbs gözləyir.

Ayxan


Müəllif:

Oxşar xəbərlər