26 May 2016 08:34
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkənin Ali Məkəməsi dövlət himninin təhqir edilməsini cinayət əməli hesab edən qanuna yol açıb.

Gazeta.ru saytı yazır ki, beləliklə, innən belə dövlət bayrağı və gerb kimi dövlət himninin təhqiri də cinayət əməli sayılacaq.

Qanunda deyilir ki, ictimai yerlərdə, sosial mediada və internetdə himnin ifası zamanı onun söz və musiqisinin bilərəkdən təhrif edilməsinə görə bir ilədək həbsxana cəzası nəzərdə tutulur. Buna qədər himnin təhqir edilməsi mülki xəta sayılırdı və 45-2200 dollar arası məbləğdə cəriməyə yol aça bilərdi.

Qanun layihəsinin müəllifləri – parlamentin iki kremlyönlü üzvü bildiriblər ki, onları bu təşəbbüsü qaldırmağa "aprelin 8-də Sevastopolda baş vermis qalmaqallı hadisə" sövq edib. Rusiya tərəfindən işğal olunmuş Krımda yerləşən Sevastopol şəhərində keçirilən dövlət tədbirində qurulmuş iri televizya ekranında səslənən satirik şeir dövlət himninin musiqisi ilə müşaiyət edilmişdi.

Polis bildirirdi ki, videonun redaktoru “himnin sözlərini” internetdən tapmış və bunun əslində Rusiyanı lağa qoyan satirik şeir olduğuna diqqət yetirməmişdi.

"Belə bir səhnəni təsəvvürə gətirin. Şəhər qubernatoru ayağa qalxır və onun arxasındakı ekranda belə bir hoqqa çıxarılır” – deyib Komsomolskaya Pravda qəzetinə Daxili İşlər Nazirliyinin rəsmisi Vladimir Tyunin.

Videonun subtitrlərindəki yazılar internetdə geniş yayılmış nəzirələrdən biri idi və bu şeirdə Rusiya “divanə”, “müti” və “ədəbaz” kimi təsvir edilirdi. ABŞ-da mənzillənmiş ukraynalılar tərəfindən hazırlanmış belə “söyüşlü” parodiyalardan birinə YouTube saytında 370 min baxış olub. Amma qanun layihəsinə görə himnin daha yüngül təhriflərinə görə də həbsxanaya düşmək olar.

ABŞ-ın Azadlıq Radiosunun Rus xidməti vurğulayır ki, himnin tərsinə çalındığı bir Rusiya hava yolları şirkətinin reklamı, Rusiya pravoslav xristianlarının ifası və hətta himnin sovet dövrünə aid və kommunizmi mədh edən sözlərlə oxunması yeni qanuna görə cinayət əməli hesab edilə bilər.

Vəkil İqor Trunov inanır ki, buna görə məhkmələrdə dolaşıqlığın yaranmaması üçün qanun layihəsinin üzərində ciddi işlənməlidir. Vəkil bunu sentyabr parlament seçkiləri ərəfəsində “ictimai münasibətlər təmrini” hesab edir və bildirir ki, layihə bu qəbildən təşəbbüslərin sonuncusu olmayacaq.

/BBC/


Müəllif:

Oxşar xəbərlər