26 May 2016 09:25
1 073
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Yaponiyada “Böyük yeddilik” ölkələrinin sammiti öz işinə başlayıb.

Teleqraf.com xəbər verir ki, toplantı Yaponiyanın Kaşikojima adasında keçirilir.

Sammitdә Şimali Koreyanın nüvə proqramı, Yaxın Şərqdə baş verən proseslər, qaçqın böhranı, terrorla mübarizə, Rusiyanın Ukraynadakı fəaliyyəti, iqtisadi vəziyyət və ticarət əlaqələri kimi mәsәlәlәr müzakirә olunacaq.

İki gün davam edəcək sammitə görə Kaşikojimada təhlükəsizlik tədbirləri gücləndirilib.

Qeyd edәk ki, Yaponiyada baş tutan sammit , Amerika Birləşmiş Ştatları prezidenti Barak Obamanın son, Kanada Baş naziri Justin Trudeaunun isə ilk “Böyük yeddilik’’ iclası olacaq.

Samir


Müəllif:

Oxşar xəbərlər