26 May 2016 12:12
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin Yunanıstan səfəri öncəsi məqalə yazıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, məqalədə Putin Yunanıstanı Rusiyanın Avropadakı ən vacib tərəfdaşı adlandırıb:

"Bu gün Yunanıstan Rusiyanın Avropadakı vacib tərəfdaşıdır. Yüksək səviyyədə dinamik siyasi dialoq aparırıq. Təəssüf ki, ikitərəfli əməkdaşlığın inkişafına Rusiya-Avropa Birliyi münasibətləri mane olur. Bu münasibətlərə görə ötən il ilə müqayisədə iki ölkə arasındakı ticarət dövriyyəsi 70 faiz azalaraq, 2,75 milyard dollar olub. Xüsusən, yunanıstanlı kənd təsərrüfatı məhsulları istehsalçıları bu məsələdən ziyan görüb".

Putinin sözlərinə görə, bütün bunlara baxmayaraq, Rusiya xalqlar arasında yaranmış çoxəsrlik dostluq ənənələrini yüksək qiymətləndirir.

Qeyd edək ki, məqalə Yunanıstanın "Katimerini" qəzetində yayımlanıb.

Samir


Müəllif:

Oxşar xəbərlər