Ukrayna prezidenti Petro Poroşenko Rusiyada həbsdə olan və dünən ölkəyə qayıdan ukraynalı pilot Nadejda Savçenko ilə görüşüb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Poroşenko Ukraynanın Milli qəhrəmanı Savçenkoya “Qızıl Ulduz” odenini təqdim edib və bildirib ki, o, “qürur və yenilməzlik simvolu”na çevrilib.
Görüş zamanı Ukrayna prezidenti Donbas və Krımın tezliklə qaytarılacağına söz verib.
Samir