Rusiyanın "Solçular mərkəzi" vətəndaşlar arasında maraqlı sorğu keçirib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, mərkəzin əməkdaşları respondentlərdən Rusiyanın ən yaxın dostu və düşməninin hansı ölkə olduğunu soruşublar.
Sorğunun nəticələrinə görə, respondentlərin 72 %-i ABŞ-ı Rusiyanın əsas düşməni hesab edib. Ukrayna bu siyahıda 48 faiz səslə 2-ci, Türkiyə isə 39 % səslə 3-cü olub.
Dostluq sorğusunun nəticələrinə əsasən, ruslar Belarusu Rusiyanın ən yaxın dostu hesab edib. Bu fikri sorğu iştirakçılarının 50 faizi dəstəkləyib, 39 faiz ilə Qazaxıstan 2-ci, 34 faiz ilə Çin 3-cü olub.
Samir